“Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində qeyd edib.
“Biz indicə Yaponiya ilə böyük bir müqavilə bağladıq. Bu müqavilə, bəlkə də, indiyə qədər əldə edilən ən böyük razılaşmadır. Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq. Bu sövdələşmə sayəsində yüz minlərlə iş yeri yaradılacaq”, – Tramp əlavə edib.