ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə aprelin 26-da Romada görüşüb. Görüş zamanı Zelenski amerikalı həmkarından döyüş meydanındakı əskiklikləri aradan qaldırmaq məqsədilə silah tədarük etməsini istəyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı bildirib.
“Görüş zamanı Zelenski üç ildir olduğu kimi yenə silah tədarük etməmi və mənim onlara yardım etməyimi istədi”, – prezident əlavə edib.



