Xəbərlər

Trampa qarşı üçüncü sui-qəsdin qarşısı alınıb

ABŞ-ın keçmiş Prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Kaliforniyada keçirilən seçki mitinqindən əvvəl ona qarşı sui-qəsdə hazırlaşdığı iddia edilən silahlı şəxs yaxalanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, dünən Koaçella Vadisində Donald Trampın seçki mitinqinin keçiriləcəyi ərazidən yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinq üçün saxta giriş kartı və qanunsuz yolla əldə edilmiş ov tüfəngi ələ keçirilib.

Vem Miller adlı 49 yaşlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilib.