ABŞ prezidenti Donald Tramp onun haqqında nəşrlərində anonim mənbələrə istinad edən media qurumlarını və nəşriyyatları məhkəməyə verməklə hədələyib.
“Füyuzat”ın məlumatına görə, bunu Tramp özü bildirib.
“Tarixdə prezident kimi ən yaxşı ilk aya sahib olduğum üçün, təbii ki, mənim əleyhimə anonim sitatlar və saxta hekayələr var. Mən gec-tez bu vicdansız müəllifləri və nəşriyyatları məhkəməyə verəcəyəm. Bütövlükdə amerikan mediası bunların əslində hansı mənbədə olub olmadığını öyrənəcək”, – Tramp qeyd edib.
Trampın sözlərinə görə, həmin media orqanları açıq-aşkar yalan məlumat yaydığına görə böyük bədəl ödəyəcək.
O qeyd edib ki, bu məsələ ilə bağlı yeni qanun çıxara bilər.



