Xəbərlər

Trampın qudası Makronu ittiham etdi, nazirliyə çağırıldı

Fransa Xarici İşlər Nazirliyi (XİN) Fransa prezidenti Emmanuel Makrona ünvanlanan və Fransa hakimiyyətinin antisemitizmlə mübarizədəki hərəkətlərini tənqid edən məktubdan sonra ABŞ səfirini çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BBC məlumat yayıb.

Verilən məlumata görə, etnik yəhudi olan, hazırda ABŞ-ın Fransadakı səfiri kimi çalışan və oğlu Jared ABŞ prezidenti Donald Trampın qızı İvanka ilə evli olan Çarlz Kuşner Fransa prezidenti Makrona yazdığı açıq məktubda bu ölkədə antisemitizmin artması və “hökumətin bununla mübarizə üçün kifayət qədər addım atmamasından” narahatlığını bildirib.

Fransa Xarici İşlər Nazirliyi diplomatın açıqlamalarının səfirlərin dövlətlərin daxili işlərinə qarışmasını qadağan edən 1961-ci il Vyana Konvensiyasını pozduğunu bildirib.

“Səfirin ittihamları qəbuledilməzdir”, – Fransa XİN-in bəyanatında bildirilib.