Xəbərlər

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına səfərini Trampın andiçmə mərasiminə qədər təxirə salıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Tramp administrasiyasının nümayəndəsinin Kiyevə ilk səfəri yanvarın əvvəlində baş tutmalı idi. Kelloqun komandasının Avropanın digər paytaxtlarına, o cümlədən Romaya və Parisə səfərləri planlaşdırılırdı”, – məlumatda bildirilib.

Tramp vəzifəsinin icrasına başladıqdan sonra Kelloqun Ukraynaya səfəri gözlənilir, lakin səfərin tarixi hələ müəyyən edilməyib.