Xəbərlər

Trampın yeni tarifləri nəticəsində Apple hissələrində böyük eniş yaranıb

ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni və əhatəli tarif paketi dünya birjalarında dalğalanmalara səbəb olub, həmçinin Apple-ın səhmlərində də böyük eniş yaşanıb. Texnologiya nəhənginin səhmlərinin dəyəri Nyu-York Birjasında 8,5 faiz ucuzlaşıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Apple-ın bazar dəyəri cəmi bir neçə saat ərzində 3,37 trilyon dollardan 3,12 trilyon dollara düşüb. Bu isə şirkətin qısa zamanda 250 milyard dollardan çox dəyər itirməsinə səbəb olub.