“Ankara Bakı və İrəvan arasında aparılan müzakirələrdə baş verən müsbət proseslərin sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracağını gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
“Azərbaycan və Ermənistan arasında aparılan müzakirələrdə baş verən müsbət proseslərin sülh müqaviləsinin bağlanmasına gətirib çıxarması ilə bağlı gözləntilərimiz var”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, davamlı sülh bölgəmizdəki bütün tərəflərin maraqlarına uyğundur.