Xəbərlər

Tsinpin: Çin ABŞ-la rəqabətdən qorxmur

Pekin Vaşinqtonla rəqabətə hazırdır, lakin onların rəqabəti elə bir vəziyyətə salınmamalıdır ki, bir tərəf digərinin hesabına qazanmış olsun.

“Füyuzat”ın məlumatına görə, bunu Pekində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çin prezidenti Si Tsinpin deyib.

Çin Mərkəzi Televiziyası Si Tsinpindən sitat gətirib: “Biz rəqabətdən qorxmuruq, lakin rəqabət oyuna deyil, birgə irəliləyişə yönəlməlidir”.