Xəbərlər

Türk Dünyası Ortaq Marş yaradacaq

Türk Dünyası Ortaq Marşın qəbul edilməsi üçün hazırlıqlara başlayıb.

“Füyuzat”ın məlumatına görə, bunu Türk Dövlətləri İncəsənət Universitetləri Dərnəyi Dövr Başçısı və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru Prof. Dr. Erhan Özden deyib.

“Başda əlifba olmaqla bir çox mövzuda ortaq istifadə sahələrini həyata keçirən türk dövlətləri, sənət sahəsində də sözlərlə ortaq sənət lüğəti və ortaq marş layihələri həyata keçirəcək. Bu lüğət sənətin bütün sahələrində ortaq bir ədəbiyyat təmin etmək məqsədi ilə hazırlanmağa başlanmış bir lüğətdir”, – Özden qeyd edib.

Professor qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanmasının da gözlənildiyini bildirilib.