“Zəngəzur dəhlizinin tikintisi başa çatdıqdan sonra türk dünyasına, türk respublikalarına və Uzaq Şərqə gedən ən qısa marşruta çevriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
“30 illik proqnozla layihə 147,6 milyard türk lirəsi dəyərində (3,6 milyard dollar – red.) gəlir gətirəcək, yük dövriyyəsi isə 15 milyon ton olacaq. Qars-İğdır-Aralık-Dilucü dəmir yolu xəttinə təkcə nəqliyyat xətti kimi deyil, həm də bölgənin taleyini dəyişəcək strateji sərmayə kimi baxırıq. Bu xətt Orta Dəhlizi gücləndirəcək və ölkəmizi beynəlxalq ticarət üçün daha vacib mərkəzə çevirəcək”, – o qeyd edib.



