“Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya və Ukrayna ilə müntəzəm dialoqu davam etdirməkdə qərarlıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün bütün sülh təşəbbüslərini dəstəkləyirik və hər iki tərəfin iştirakı ilə daimi həllə nail olmağın vacibliyini bəyan edirik. Biz 2024-cü ildə müharibənin regional və qlobal nəticələrini yumşaltmaq və ölkəmiz üçün riskləri aradan qaldırmaq üçün səylərimizi davam etdirdik. Qlobal ərzaq böhranının qarşısını alan Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində biz ölkələrə təxminən 33 milyon ton taxıl çatdırmağa kömək etdik. Bazarlarda qeyri-sabitliyin və Qara dənizdə təhlükəsizliyin pisləşməsinin qarşısını almaq üçün səylərimizi Qara dənizdə kommersiya daşımalarının təhlükəsizliyinin təmin edilməsinə yönəltdik”, – nazir əlavə edib.