Xəbərlər

Türkiyə 19 PKK terrorçusunu məhv edib

Türkiyə Ordusu İraqın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın 19 terrorçusunu məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Sentyabrın 7, 8 və 9-da İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Kara bölgəsində 10 terrorçu, Hakruk bölgəsində 6 terrorçu, Kandil bölgəsində isə 3 terrorçunu məhv edilib.