Xəbərlər

Türkiyə 27 PKK terrorçusunu məhv edib

Türkiyə Ordusu İraqın şimalında son 4 gün ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın 27 terrorçusunu məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” səhifəsində məlumat yayıb.

“Sentyabrın 2-də İraqın şimalında Metina, Qara, Zap və Qəndil bölgələrində həyata keçirilən hava əməliyyatları nəticəsində 7 PKK yaraqlısı məhv edilib. İraqın şimalındakı Hakurk bölgəsində isə son 4 gündə daha 27 terrorçu öldürülüb”, – məlumatda bildirilib.