Xəbərlər

Türkiyə ABŞ-dan F-16-ların alınması ilə bağlı müqavilələr imzalayıb

Türkiyə Abş-la F-16 döyüş təyyarələrinin satın alınması barədə müqavilələr imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” mənbələrə istinadən məlumat yayıb.

“Sazişlər imzalanıb, iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı əldə olunan qərarların təfərrüatları daha sonra ictimaiyyətin diqqətinə çatdırılacaq”, – deyə məlumatda qeyd olunub.

İyunun 6-da Dövlət Departamenti bildirib ki, Türkiyə hakimiyyəti Block-70/72 təyyarələrinin modifikasiyası və modernləşdirilməsinə aid, həmçinin yeni F-16 qırıcılarının alınması ilə bağlı Amerika tərəfinin göndərdiyi LOA (qəbul məktubu) təklifini qəbul edən məktubu imzalayıb.

Ümumilikdə Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D) versiyalarında 40 ədəd F-16 Block-70/72 döyüş təyyarəsi, eləcə də modernləşdirilmə prosesi üçün zəruri olan 79 dəst avadanlıq almağı planlaşdırır.