Xəbərlər

Türkiyə ABŞ və Cənubi Kipr arasında razılaşmaları pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Cənubi Kiprin hakimiyyət orqanları arasında müdafiə sahəsində yol xəritəsinin imzalanmasını pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

“Biz ABŞ ilə Cənubi Kipr Rum Administrasiyası arasında müdafiə sahəsində əməkdaşlıq yol xəritəsinin imzalanmasını qəti şəkildə pisləyirik. Bu 2023-cü ilin iyununda Kipr Rum Administrasiyası ilə ABŞ-ın Kipr adasına münasibətdə neytrallığını pozur və Kipr probleminin effektiv, ədalətli, qalıcı həlli axtarışlarını çətinləşdirir”, – bəyənatda bildirilib.