Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də respublikanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb.
“Füyuzat”ın məlumatına görə, sözügedən Fərman hökumətin rəsmi qəzetində dərc olunub.
Sənədin mətnində bildirilir ki, prezidentin fərmanına əsasən, Türkiyə Respublikası ilə CFE Müqaviləsinin iştirakçısı olan digər dövlətlər arasında müqavilənin icrasının 2024-cü il aprelin 8-dən dayandırılması qərara alınıb.