Xəbərlər

Türkiyə dünyanı İsrailə qarşı məhkəməyə qoşulmağa çağırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan bütün dünyanı Cənubi Afrikanın iddiası ətrafında İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə qoşulmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hakan Fidan jurnalistlərə açıqlamasında söyləyib.

“Bütün dünya İsrailə qarşı soyqırım iddiasına qoşulmalıdır, İsraili qeyd-şərtsiz dəstəkləyənlərin hamısı Qəzzada törətdiyi cinayətlərə şərikdir, onları törədənlərə gec-tez cavab verməlidir”, – nazir qeyd edib.