Xəbərlər

Türkiyə dünyanın ən böyük PUA təchizatçısı olub

Türkiyə son illərdə dünyanın ən böyük PUA təchizatçısı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın CNAS tədqiqat təşkilatının hərbi PUA-ların qlobal bazardakı yeri haqqında hesabatında bildirilib.

Hesabatda ABŞ-ın dron bazarına hakim olduğu günlərin geridə qaldığı və Türkiyə ilə Çin arasında bu sahədə yarışın davam etdiyi vurğulanıb.

Digər tərəfdən, hesabata görə, Türkiyə son bir neçə ildə PUA bazarının əsas dominantı olub.