Türkiyə Hərbi Hava Qüvvələri Ankarada törədilən terror aktından sonra PKK-nın İraq və Suriyadakı hədəflərinə zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“23 oktyabr 2024-cü il tarixində PKK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi və İraqın şimalında və Suriyada terror hücumlarının qarşısının alınması məqsədilə Hərbi Hava Qüvvələri tərəfindən əməliyyat keçirilib. Terrora qarşı aparılan əməliyyatlar davam edəcək”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.