“Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Türkiyə ilə İraq arasında bir müddətdir müzakirə edilən hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə anlaşma memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Bu tarixi əhəmiyyət daşıyır”, – Fidan qeyd edib.
Razılaşmada nəzərdə tutulan ortaq koordinasiya və təlim mərkəzləri vasitəsilə əməkdaşlığın növbəti səviyyəyə daşınacağına inanıldığını bildirən Fidan, terrorla mübarizə mövzusunda İraqla inkişaf etdirilən birliyin konkret addımlarla inkişafının arzu edildiyini ifadə edib.