Xəbərlər

Türkiyə İraqda PKK-nın 21 hədəfini məhv edib

Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində PKK-nın 21 hədəfini məhv edib.

“Füyuzat” məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” səhifəsində məlumat yayıb.

“Sentyabrın 9-da İraqın şimalındakı Metin, Qara, Hakurk və Qəndil bölgələrində həyata keçirilən hava əməliyyatı nəticəsində terrorçuların 21 hədəfi məhv edilib”, – məlumatda bildirilib.