Xəbərlər

Türkiyə: İsrail və İran arasında atəşkəs razılaşmasını alqışlayırıq

“Türkiyə İsrail və İran arasında atəşkəs razılaşması barədə xəbərləri alqışlayır və qarşıdakı kritik dövrdə buna əməl etməyə çağırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.

“Biz İsrail və İran arasında atəşkəsin razılaşdırıldığı barədə xəbərləri alqışlayırıq. Atəşkəsin pozulması ilə bağlı xəbərləri diqqətlə izləyirik və bütün tərəfləri qarşıdakı kritik dövrdə atəşkəsə tam əməl etməyə çağırırıq. Yaxın Şərqin sülh və sabitliyə hər zamankindən daha çox ehtiyacı olduğu bir vaxtda hərtərəfli və davamlı həllə nail olmaq üçün qəti addımlar atmaq lazımdır. Bu çərçivədə dialoq və diplomatiya kanallarının açıq qalmasını vacib hesab edirik”, – məlumatda bildirilib.