“Beynəlxalq hüququ açıq şəkildə pozan bu hücum İsrailin bölgədəki strateji sabitliyi pozma siyasətinə xidmət edən təxribatdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsrailin İrana hava hücumunu ən sərt şəkildə qınayırıq. Beynəlxalq hüququ açıq şəkildə pozan bu hücum İsrailin regionda strateji sabitliyi pozan siyasətinə xidmət edən təxribatdır. İsrail İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda hücum etdi. Bu da İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin heç bir məsələnin diplomatik yolla həllini istəmədiyini, öz maraqları üçün regional sabitliyi və qlobal sülhü riskə atmaqdan çəkinmədiyini göstərir”, – bəyənatda qeyd olunub.