“Türkiyə nümayəndələri NATO sammiti çərçivəsində Vaşinqtonda F-16 qırıcılarının alınması və modernizasiyasını müzakirə edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
“Bildiyiniz kimi, müvafiq müqavilələr imzalanıb, detallar və nüanslar üzərində iş davam edir. Nümayəndə heyətləri arasında müzakirələr aparılır. Bu prosesdə texniki aspektlərlə bağlı çoxlu sayda amillər və məsələlər var. Bu mövzular sammitdə müzakirə olunacaq. Bütün detallar barədə məlumat verəcəyik”, – Müdafiə Nazirliyi qeyd edib.
Eyni zamanda Türkiyənin müdafiə naziri Yaşar Güler NATO sammiti çərçivəsində Vaşinqtonda bir neçə görüş keçirmək niyyətindədir.