Türkiyənin Təbiəti Mühafizə və Milli Parklar Baş direktorunun müavini Ergül Terzioğlunun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Kolumbiyanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik Konfransında (COP16) iştirak edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Biz sərvətləri qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Bioloji Müxtəliflik Konvensiyasına tərəf olmuşuq. Türkiyə bu konvensiyanı 1992-ci ildə imzalayıb və 1996-cı ildə ratifikasiya edib, konvensiya ölkəmizdə 14 may 1997-ci ildə qüvvəyə minib”, – məlumatda bildirilib.