Xəbərlər

Türkiyə ordusu bir həftə ərzində 57 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son bir həftə ərzində İraq və Suriyanın şimalı da daxil olmaqla, daxili və sərhədyanı əməliyyatlarla 57 terrorçunu zərərsizləşdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il zərərsizləşdirilən terrorçuların sayı 278-ə çatıb. Son bir həftədə daha 3 PKK terrorçusu təslim olub. Bir daha vurğulayırıq ki, terrorçular üçün yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır”, – məlumatda bildirilib.