Xəbərlər

Türkiyə ordusu İraqın şimalında 16 PKK yaraqlısını məhv edib

Türkiyə ordusu İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində PKK-nın 16 terrorçusunu məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Hakurk, Asos, Qara və Mədinə bölgələrində aşkarlanan 16 terrorçu məhv edilib.