Xəbərlər

Türkiyə ordusu İraqın şimalında 17 PKK yaraqlısını məhv edib

Türkiyə ordusu İraqın şimalında keçirdiyi hava əməliyyatı zamanı PKK-nın 17 silahlısını məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Milli Müdafiə Nazirliyi “X”də məlumat yayıb.

“İraqın şimalında uğurlu hava hücumu nəticəsində 17 terrorçu məhv edilib”, – məlumatda deyilir.

Avqustun 9-da Türkiyə Milli Müdafiə Nazirliyi eyni ərazidə 12 PKK yaraqlısının məhv edildiyi barədə məlumat vermişdi.