Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü məhv edib. Onlardan biri rəhbər şəxsdir.
“Füyuzat”in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb.
Onlardan birinin – “Sevkan Çele” kod adlı Yusuf Kalkanın rəhbər şəxs olduğu, “Silahlı terror təşkilatına üzv olmaq” və “Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə axtarıldığı vurğulanıb.