Xəbərlər

Türkiyə ordusu Suriyada mümkün əməliyyat üçün tam hazır vəziyyətə gətirilib

“Suriyanın yeni rəhbərliyindən terror təşkilatına qarşı lazımi addımları atmasını tələb edən Ankara bütün ssenarilərə hazırlığını davam etdirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, sərhəddəki qoşunlar mümkün əməliyyata hazır vəziyyətə gətirilib.

“Terrordan azad Türkiyə” şüarı ilə yola çıxdığı prosesin addımlarını atan Ankara həm İraqda, həm də Suriyada terror təşkilatı PKK-nın ləğvi üçün bütün ssenarilərə hazırdır. Əsəd rejiminin devrilməsindən sonra başlayan yeni dövrdə infrastrukturdan enerjiyə, ticarətdən səhiyyəyə qədər Suriyaya hər mənada dəstək verəcəyini açıqlayan Türkiyə tərəfi terror təşkilatı PKK-nın ləğvi istiqamətində strateji addımlar atmağa davam edir. Suriya keçid hökumətinin lideri Əhməd əl-Şara ilə ardıcıl görüşlər keçirən Ankara lazımi addımların atılması tələbini açıq şəkildə çatdırıb”, – məlumatda bildirilib.