Xəbərlər

Türkiyə prezidenti İndoneziyaya səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya rəsmi səfər edib. O, Bogor şəhərində prezident Prabovo Subianto tərəfindən rəsmi mərasimlə qarşılanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, iki ölkə başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Birinci Toplantısına sədrlik edəcək, sazişlərin imzalanma mərasimində və birgə mətbuat konfransında iştirak edəcəklər.

Verilən məlumata görə, Türkiyə prezidenti İndoneziya prezidenti Subiantonun şərəfinə veriləcək rəsmi şam yeməyinə qatılacaq və Türkiyə-İndoneziya İş Forumunda da iştirak edəcək.