Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər keçirmək üçün özəl “TC-TRK” təyyarəsi ilə Malayziyanın paytaxtı Kuala-Lumpura səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Verilən məlumata görə, Türkiyə prezidenti “Yeni əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq” toplantısı çərçivəsində dövlət məmurları və universitet tələbələri qarşısında çıxış edəcək.



