“Türkiyə İsrail və Fələstin arasındakı münaqişənin nizamlanmasında vasitəçi və zəmanətçi kimi çıxış etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumət Sammitində bildirib.
“İsrail, həqiqətən də, sülh istəyirsə, ekspansionist siyasətindən əl çəkməlidir. Fələstin dövləti qurulmadan “Fələstin probleminin” həlli istiqamətində atılan hər bir addım yetərli olmaz. Regionumuzda sülh və əmin-amanlığa aparan yol 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin qurulmasından keçir. Onun paytaxtı Şərqi Qüdsdür. Biz bu prosesin zəmanətçisi və vasitəçisi kimi məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Biz heç vaxt fələstinli qardaş və bacılarımızı tərk etməyəcəyik”, – prezident qeyd edib.