Xəbərlər

Türkiyə Rusiya və Ukrayna arasında sülh prosesini dəstəkləməyə davam edəcək

“Türkiyə Rusiya ilə Ukrayna arasında sülh yolu ilə nizamlanma ilə bağlı proseslərə hərtərəfli dəstək verməyə davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

“Biz Türkiyə olaraq sülh prosesinə hər fürsətdə dəstək verməyə hazır olduğumuzu bildiririk. Bizim mövqeyimiz dəyişməyib”, – məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib.