Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Təl-Əvivdəki Türkiyə səfirliyinin binası üzərində dövlət bayrağı yarıya endirilib. Bu isə İsrail Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail XİN rəhbəri İsrail Katz açıqlama verib.
“HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi fonunda Türkiyənin Təl-Əvivdəki səfirliyində türk bayrağının yarıya endirilməsindən sonra Türkiyənin İsraildəki səfirinin müavininin şiddətli töhmət üçün çağırılmasını əmr etdim”, – Katz söyləyib.