Xəbərlər

Türkiyə səfirliyi iqtisadiyyat sahəsində çalışan jurnalistlərlə görüş keçirib

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan filialının ev sahibliyində iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalist ilə 3-cü görüş keçirilib.

Bu barədə “Füyuzat”a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə əməkdaşlıq, görülən işlər, yeni tərəfdaşlıq istiqamətləri və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.