Xəbərlər

Türkiyə səfirliyi matəmlə bağlı bayraqları endirib

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra elan edilən ümummilli matəm tədbirləri çərçivəsində Azərbaycandakı səfirliyimizdə və şəhid məzarlıqlarımızda bayraqlarımızı yarıya qədər endirdik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə səfirliyindən bildirilib.

“Qəza nəticəsində həyatını itirən qardaşlarımız və bacılarımızın xatirəsini bir daha anır, kədərli ailələrinə başsağlığı verir, dost Azərbaycan xalqının ağrısını bölüşürük”, – səfirlik qeyd edib.