Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları təyyarə qəzası nəticəsində həlak olanların xatirəsini yad edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə səfirlikdən bildiriblər.
“Türkiyə Səfirliyinin nümayəndələri bu gün saat 14:30-da Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış lövhəni ziyarət edib və xatirə kitabını imzalayıb”, – məlumatda bildirilib.