Xəbərlər

Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağı planlaşdırır

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib.

“Hazırda ŞƏT-də müşahidəçi olan Türkiyənin məqsədi təşkilata tamhüquqlu üzv olmaqdır”, – deyə o, bu məsələni Rusiya və Çin liderləri ilə müzakirə etdiyini bildirib.

Ərdoğan iyulun 3-4-də Astanada keçirilən ŞƏT sammitində iştirak edib. Səfərdən sonra o, təşkilat çərçivəsində Rusiya və Çinlə əlaqələri inkişaf etdirmək arzusunda olduğunu açıqlayıb.