“Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına ərazi bütövlüyünün qorunması üçün hər cür dəstək göstərəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Türkiyə Suriya hökumətinin birliyini və ərazi bütövlüyünü qorumaq üçün ona hər cür dəstək göstərəcək. Suriyadakı sabitlik birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır, ona görə də bu istiqamətdə atılan hər bir addım regionda sülhün təmin olunmasına töhfə verməlidir”, – məlumatda qeyd olunub.



