Türkiyə Mərkəzi və Şərqi Avropada enerji, nəqliyyat və rəqəmsallaşma sahələrindəki infrastruktur çatışmazlıqlarını aradan qaldırmaq məqsədi ilə İspaniya, Baltik, Adriatik və Qara dəniz ölkələri tərəfindən başladılan Üç Dəniz Təşəbbüsünün strateji tərəfdaşı olub.
“Füyuzat”ın məlumatına görə, Varşava Kral Qalasında dövlət və hökumət başçılarının qatıldığı Üç Dəniz Təşəbbüsünün 10-cu Zirvə Toplantısının əsas plenar iclasında Türkiyəni nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təmsil edib.
Nazir Polşaya göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Üç Dəniz Təşəbbüsünün Şərqi və Mərkəzi Avropada şimal-cənub oxunda güclü bir əlaqə qurşağı formalaşdıraraq regional inkişafı əhəmiyyətli dərəcədə artıracağını söyləyib.
“Üç Dəniz Təşəbbüsü 10 il ərzində regional inkişaf və Avropaya inteqrasiya baxımından iddialı bir ideyadan real nəqliyyat gücünə çevrildi”, – Uraloğlu əlavə edib.



