Xəbərlər

Türkiyə: Ukraynadakı münaqişə qlobal qarşıdurmanı təhdid edir

“Nəyin bahasına olursa olsun, Ukraynadan keçən və uzunmüddətli qlobal qarşıdurma təhlükəsi yaradan yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Əhməd Yıldız Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı deyib.

“İlk növbədə, biz nəyin bahasına olursa olsun, Ukrayna ərazisindən keçən və uzunmüddətli qlobal qarşıdurmaya səbəb olacaq yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almalıyıq. Təəssüf ki, münaqişə üç ildir ki, davam edir və bitməsi üçün heç bir perspektiv yoxdur”, – deyə Yıldız bildirib.