Xəbərlər

Türkiyə və ABŞ XİN-ləri Suriyadakı son vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz ABŞ Dövlət Departamentinin inzibati işlər üzrə müşaviri və siyasi məsələlər üzrə müşavirin müavini Con Bass ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüş zamanı Suriyadakı təhlükəsizlik, siyasi, iqtisadi və humanitar vəziyyətin qiymətləndirilməsi və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Suriyadakı münaqişənin həllində rol oynaya biləcək aktorlar arasında koordinasiyanın davam etdirilməsinin zəruriliyinə toxunulub.