Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Qəzzada atəşkəs danışıqları müzakirə edilib.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Öncü Keçəli deyib.
“Amerika tərəfinin xahişi ilə bu gün baş tutan telefon danışığında tərəflər HƏMAS və İsrail arasında atəşkəs məsələsini, regionda baş verən hadisələri müzakirə ediblər”, – nümayəndə bildirib.