Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ankarada “Hərbi Tibb və Təhsil Sahəsində Əməkdaşlıq Protokolu” imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə müdafiə nazirliyi “X”-da məlumat yayıb.
Görüş Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli müdafiə nazirləri toplantısı çərçivəsində baş tutub.



