Xəbərlər

Türkiyə və Qətər Qara dənizdə təhlükəsiz naviqasiya mexanizminin yaradılmasına çağırıb

Qətər və Türkiyə Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək üçün yeni mexanizm yaratmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı Ankarada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taninin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iki ölkənin Ali Strateji Komitəsinin iclasının yekunlarına dair birgə bəyanatda qeyd olunub.

“Tərəflər Qara dənizdə təhlükəsiz ticarət naviqasiyasını təmin etmək üçün yeni mexanizmin yaradılmasının zəruriliyini vurğuladılar. Onlar, həmçinin ərzaq təhlükəsizliyi üçün qlobal çağırışların ciddi nəticələrini müzakirə etdilər və dünya bazarlarına maneəsiz ərzaq tədarükü üçün Qara dənizin strateji əhəmiyyətini vurğuladılar. Doha və Ankara Qara Dəniz Taxıl Təşəbbüsünü yüksək qiymətləndirirlər”, – bəyənatda qeyd olunub.