Xəbərlər

Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriyanın müdafiə naziri Murhef Əbu Qəsrə, xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Salama ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu görüşdən sonra nazir Yaşar Gülər və Suriyanın müdafiə naziri Murhef Əbu Qəsra Birgə Təlim və Məsləhətləşmə üzrə Anlaşma Memorandumu imzalayıblar.