Ankarada Türkiyə və Ukraynanın müdafiə nazirləri Yaşar Gülər və Rüstəm Umerov arasında danışıqlar aparılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Umerovun Türkiyəyə səfəri çərçivəsində avqustun 1-də Ukrayna Hərbi Dəniz Qüvvələri üçün alınan ikinci gəmi – “Getman İvan Vıqovski”nin suya buraxılması mərasimi də keçirilib.