Xəbərlər

Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə siyasi məsləhətləşmələr çərçivəsində Bakıda səfərdə olan Berris Ekinci Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Türk şəhidliyini ziyarət edib.